Aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz Mobil Əlavə istifadəçiləri üçün yeni kampaniyaya start verir.

Belə ki, PAŞA Bank VISA kartları ilə Bankın Mobil Əlavəsində minimum 3 AZN həcmində əməliyyat aparmaqla Siz kampaniyaya avtomatik qoşularaq xaricə səyahət qazanmaq fürsətini əldə edirsiniz. Kampaniya çərçivəsində ən çox əməliyyat aparan PAŞA Bankın 3 müştərisi 1 000 manatlıq səyahət kuponu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, kampaniya çərçivəsində həyata keçirilən dövlət rüsumları, ipoteka və bank ödənişləri nəzərə alınmayacaq. Kampaniya 15 noyabr 2019-cu il tarixinədək qüvvədədir.