36 C
Baku
Wednesday, August 17, 2022

PAŞA Bank “Visa” ödəniş sistemi tərəfindən mükafatlandırılıb

®Ölkənin aparıcı korporativ bankı PAŞA Bank “Visa” beynəlxalq ödəniş sistemi tərəfindən nüfuzlu mükafat ilə təltif olunub.

Belə ki, Azərbaycanda POS-terminal dövriyyəsinin həcminə görə aparıcı maliyyə institutu olaraq PAŞA Bank “Best F2F Acquirer” adına layıq görülüb. Müvafiq mükafatlandırma mərasimi yanvarın 22-23-də Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” üzvlərinin iştirakı ilə keçirilən tədbirdə baş tutub.

Qeyd edək ki, bazarda ən müasir texnoloji maliyyə həlləri tətbiq edən PAŞA Bank ötən illərdə də çoxsaylı ölkə daxili və xarici mükafatlara, o cümlədən nağdsız əməliyyatların, rəqəmsal ödənişlərin, innovativ ödəniş həllərinin, elektron bankçılığın və başqa istiqamətlərin inkişafına verdiyi töhfələrə görə layiq görülmüşdür.

Son xəbərlər
Oxşar xəbərlər