Bu gün McDonald’s Azərbaycan, Visa və PAŞA Bank restoranlar şəbəkəsində Visa payWave kontaktsız kartların qəbulunun başlanması haqqında məlumat verib. Visa payWave kartları və Near Field Communication (NFC) texnologiyası ilə smartfonla ilk kontaktsız əməliyyat bu gün, 25 sentyabr tarixində Bakı şəhəri, Nizami küçəsi 340, Fontanlar Meydanı ünvanında yerləşən McDonald’s restoranında həyata keçirilmişdir.
Visa, PAŞA Bank və McDonald’s McDonald’s-ın Azərbaycandakı restoranlarında Visa payWave kontaktsız kartların qəbulunun başlanmasını elan edir. Ödənişin həyata keçirilməsi üçün sadəcə Visa payWave kartını xüsusi kontaktsız ödəniş terminalına toxundurmaq lazımdır.
Azərbaycanda McDonald’s restoranları üçün PAŞA Bank Visa (Visa Easy Payments Service) kartları ilə sifarişlərin sürətli ödənilməsi proqramını həyata keçirmişdir – 20 manata qədər məbləğdə ödəniş üçün qəbz və PİN-kodun daxil edilməsi lazım deyil
«Son illər ərzində biz Azərbaycanın milli iqtisadiyyatının müxtəlif sahələrinin sürətli inkişafının şahidi olmuşuq və bunların sırasında da bank sahəsi də istisna olunmur.
Elektron ödənişlər – bu inkişafın əsas amillərindən biridir. Visa payWave kontaktsız ödənişlərin – sürətli, rahat və təhlükəsiz kontaktsız ödənişlərin Visa-nın qlobal tərəfdaşlarından biri olan McDonald’s şirkətinin restoranlar şəbəkəsində başlanması ölkədə nağdsız ödənişlərin inkişafında yeni mərhələ açır. Əminik ki, istifadəçilər yeni ödəniş üsulunun səmərəliliyini qiymətləndirəcək və Visa payWave-in ilk layihəsinin başlanması Azərbaycanda iqtisadi inkişaf üçün daha bir təsirli stimul olacaq», − Visa-nın Qafqaz regionu ölkələrində biznesin inkişafı üzrə regional meneceri İrina Kamxadze qeyd etdi.
«PAŞA Bank ölkənin ən yenilikçi banklarından biri statusunu bir daha təsdiq edərək, ölkədə ilk dəfə olaraq, hər iki aparıcı ödəniş sistemləri ilə tərəfdaşlıqda kontaktsız kartların buraxılması və əldə edilməsinə nail oldu. Visa payWave kontaktsız kartların köməyilə, müştərilərimiz PİN-kodu daxil etmədən və ya qəbzdə imza atmadan, sözün tam mənasında bir toxunuşla ödəniş edə bilərlər. Bu cür ödəniş üsulu daha çox böyük müştəri axınına və nisbətən kiçik sayda qəbzlərə malik satış-xidmət müəssisələri üçün aktualdır», − PAŞA Bankın Dayrekt bankinq departamentinin direktoru Leyla Məmmədova əlavə etdi.