10 C
Baku
Friday, December 13, 2024

“PAŞA Bank” xalis mənfəətini iki qat artırıb 52 mln. manata çatdırdı

“PAŞA Bank” ASC-nin cəmi aktivləri 1 iyul 2019-cu il tarixinə 4,43 milyard manat təşkil edib ki, bu da ötən ilki rəqəmlə müqayisədə 13 faizlik artım olması deməkdir. Lakin, 2-ci rüb ərzində cüzi fərqlə azalma baş verib — 1-ci rübdə 4,65 milyard manata yaxın idi.

Banker.az bu barədə Bankın 2019-cu ilin II rübü üzrə maliyyə hesabatına istinadən xəbər verir.

Cəmi aktivlərin 1,4 milyard manatdan çoxu kredit portfeli (40%-ə yaxın illik artımla), 1,29 milyard manatı satış üçün mövcud olan investisiya qiymətli kağızları, 785,77 milyon manatı isə nağd pul vəsaitlərinin ekvalenləri olub.

“PAŞA Bank”ın cəmi öhdəlikləri hesabat dövrünün sonuna 4 milyard manat təşkil edib ki, 2019-cu ilin əvvəli ilə müqayisədə 7 faiz kiçilmə, ötən ilin analoji dövrü ilə müayisədə isə 32 faiz artım etməsi deməkdir. 

Mənfəəti iki qat artıb

“PAŞA Bank” 2019-cu ilin ilk yarımilliyi ərzində 100,27 mln. manatlıq faiz gəliri, 18,76 mln. manatlıq faiz xərci, 21,34 mln. manat qeyri-faiz gəliri və 43,67 mln. manatlıq qeyri-faiz xərci edib. Bankın 73,7 mln. manatlıq dəyərsizləşmiş ehtiyyatlara ayırmalardan sonra xalis mənfəəti 51,7 mln. manatlıq xalis mənfəət olub.

Bununla da bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 91,93 mln. manat təkil edib.

Bank ötən ilin eyni dövründə 22,16 mln. manat xalis mənfəət əldə etmişdi.

Son xəbərlər
Digər xəbərlər