“PAŞA Bank” ASC-nin faiz gəlirlərinin həcmi 2021-ci ilin yanvar-mart ayları üzrə 63.56 milyon manat olmaqla öncəki ilin müvafiq dövrünü 11.55 milyon (22.2%) üstələyib.
Bu barədə Banker.az bankın ilin ilk rübü üzrə maliyyə hesabatına istinadla xəbər verir.
Bankın faiz xərclərinin həcmi 12.93 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 23.38 milyon, qeyri-faiz xərclərinin həcmi 36.85 milyon manat təşkil edib ki, bu da bankın ilk rübdə 36.35 milyon manat əməliyyat mənfəəti əldə etməsi deməkdir. Öncəki ildə əməliyyatının mənfəəti 25.66 milyon manat təşkil edirdi.
Bank ilin ilk rübündə 11.41 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib ki, bu da 24.94 milyon manat vergidən öncəki mənfəəti olması deməkdir.
“PAŞA Bank” hesabat dövründə mənfəətindən 6.15 milyon manat vergi ödəyib. Beləliklə, rübü 18.79 milyon manat xalis mənfəətlə tamamlayıb.
Bu mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 1 aprel 2021-ci il tarixinə 162.89 milyon manat təşkil etmişdir.