6 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank” yeni nəsil rəqəmsal imzanın ilk tərəfdaşı oldu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı bulud əsaslı yeni nəsil rəqəmsal imza – SİMA-nın ilk tərəfdaşı “PAŞA Bank” oldu.

Banker.az Nazirliyə istinadən xəbər verir ki, “PAŞA Bank”ın sisteminə inteqrasiya işləri artıq yekunlaşıb.

Tərəfdaşlığa əsasən, “PAŞA Bank”ın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını bankın yeni mobil tətbiqi üzərindən göndərə, müvafiq sənədləri də yeni nəsil rəqəmsal imza – SİMA vasitəsilə təsdiqləyərək rahat şəkildə kredit əldə edə biləcəklər. Beləliklə, müştəri banka gəlmədən, zaman itkisinə yol vermədən, müraciəti üzrə ayrılan kredit vəsaiti birbaşa onun istifadəsində olan əməkhaqqı kartına köçürüləcək.

SİMA vasitəsilə gələcəkdə bankın digər məhsullarından da istifadə mümkün olacaq.

Yeni imza vasitəsilə bank xidmətləri ilə yanaşı, digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank olmayan kredit təşkilatları (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Qeyd edək ki, mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

 

Son xəbərlər
Digər xəbərlər