15 C
Baku
Sunday, November 24, 2024

PAŞA Bank Zəfər Gününə həsr edilmiş xüsusi buraxılışlı “Qarabağ” əməkhaqqı kartlarını təqdim edib

Ölkənin aparıcı korporativ bankı olan “PAŞA Bank” ordumuzun İkinci Qarabağ Müharibəsində şanlı zəfərinin birinci ildönümünə həsr olunmuş yeni keşbek əməkhaqqı kartlarını təqdim edib. Belə ki, limitli sayda təklif olunan əməkhaqqı kartları qəhrəmanlıq hekayələrinin rəmzi olan Qarabağ atları və Xarıbülbül simvolları ilə dizayn olunub.

Xüsusi imtiyazları özündə əks etdirən “Qarabağ” kartları noyabr ayı ərzində “MasterCard World Cashback” sifarişləri üzrə müştərilərə təqdim olunacaq.

Qeyd edək ki, kartların imtiyaz strukturuna yeni kartların alınması və ya əməkhaqqı kartlarının əvəzlənməsi zamanı 50% endirim və ödənişsiz “SMS məlumatlandırma” xidməti daxildir.

İkinci Qarabağ müharibəsinə həsr olunan xüsusi kartların satışından əldə olunan gəlir Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə dəstək məqsədilə yaradılan “YAŞAT Fondu”na köçürüləcəkdir.

“PAŞA Bank” müştərisi olmaq və “Qarabağ” kartlarını sifariş etmək üçün keçid edin: https://bit.ly/3mzTe5L

Son xəbərlər
Digər xəbərlər