2 avqust 2018-ci il tarixində “PAŞA Bank” ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Komplayns üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
İclasda Qrupun sədri Anar Kərimov və Qrupa üzv olan bankların nümayəndələri iştirak ediblər.
İclasda banklara dair tələblər və Qrupun daxili fəaliyyətinə dair məsələlər müzakirə olunub. Bank nümayəndələri öz təcrübələrini bölüşərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Sonda banklara dair müəyyən tələblərin aydınlaşdırılması istiqamətində müvafiq qurumlara rəsmi müraciətlərin edilməsi qərara alınıb.