9 C
Baku
Thursday, December 12, 2024

“PAŞA Bank”da mühüm təyinat: yeni blok rəhbəri təyin olunub

Ölkənin ən böyük üç bankından biri “PAŞA Bank” ASC-də mühüm təyinat olub.

Banker.az-ın əldə etdiyi məlumata görə, PAŞA Bankda təşkilati struktur dəyişikliyi nəticəsində yaranmış Komplayns və İdarəetmə blokuna baş direktoru qismində Anar Kərimov rəhbərlik edəcək.

Bu blokun tərkibində aşağıda sadalanan departamentlər və şöbələr fəaliyyət göstərir:

  • Korporativ İdarəetmə və İnzibatçılıq departamenti
  • Komplayns şöbəsi
  • AML və Monitorinq şöbəsi
  • Hüquq məsələləri şöbəsi

A.Kərimov bundan öncə Komplayns və Hüquq məsələləri departamentinin direktoru olaraq çalışıb.

O, həmçinin Azərbaycan Banklar Assosiasiyasının hüquq qrupunun üzvü və “Çirkli pulların yuyulmasına qarşı mübarizə və komplyans” ekspert qrupunun sədridir.

Son xəbərlər
Digər xəbərlər