®Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” 25 aprel Sahibkarlar günü münasibətilə biznes sahibləri üçün endirim həftəsi elan edib.

25-30 aprel tarixlərində onlayn biznes kreditlərində birdəfəlik komissiyaya 25% endirim təklif olunur. Eyni zamanda müddət ərzində “PAŞA Biznes” mobil tətbiqində yaradılan və imzalanan 25 000 AZN-dək bir ölkədaxili ödənişə komissiya tətbiq olunmur.

Qeyd edək ki, onlayn biznes krediti ilə biznesinizi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. 250 000 AZN-dək biznes kreditini banka gəlmədən və girov tələb olunmadan əldə edə bilərsiniz.

Onlayn kredit məhsulları haqda daha ətraflı məlumat və müraciət üçün keçid:  https://pshb.az/3Mq8Dzk

PAŞA Biznes tətbiqini yükləmək üçün keçid: https://pshb.az/38nMuDn