20 C
Baku
Saturday, October 12, 2024

“PAŞA Bank”da yeni təyinatlar olub

“PAŞA Bank” ASC- Maliyyə blokunda iki təyinat baş tutub.

Banker.az-a Bankdan bildirilir ki, Kamil Allahverdiyev bloka daxil olan Xəzinədarlıq departamentinin direktoru təyin edilib. O, bu vəzifədə Ceyhun Hacıyevi əvəzləyib.

K.Allahverdiyev bundan öncə bankla paralel “PAŞA Kapital İnvesitiya Şirkəti” QSC-də, daha əvvəl isə “FINCA qeyri-bank kredit təşkilatı” MMC-də çalışıb.

Rəşad Məmmədov isə Maliyyə idarəedilməsi departamentinin Mühasibatlıq və Vergi şöbəsinin rəhbəri, Baş mühasib vəzifəsini müvəqqəti icra edən təyin edilib. O, baş mühasib vəzifəsində Elvira Xamidulina Rəşidovnanı əvəz edib.

 

1589059915071
Rəşad Məmmədov
Son xəbərlər
Digər xəbərlər