“Paşa Bank”da yeni təyinat

“Paşa Bank” ASC-də yeni kadr təyinatı reallaşıb.

Banker.az xəbər verir ki, Kənan Piriyev “Paşa Bank”ın Audit Mükəmməllik Mərkəzinin rəhbəri vəzifəsinə gətirilib.

Kənan Piriyev 2025-ci ilin aprelindən 2026-cı ilin aprel ayınadək bankın Daxili Audit Meneceri kimi çalışıb.

O, 2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat ixtisası üzrə bakalavr, 2011–2013-cü illərdə isə Hacettepe Universitetində Biznesin idarə edilməsi və menecment (Kvantitativ maliyyə) istiqaməti üzrə magistr dərəcəsi alıb.

Son xəbərlər
Digər xəbərlər