“PAŞA Bank” ASC-də Maliyyə idarəetməsi direktoru vəzifəsinə yeni təyinat olub.
Banker.az-ın məlumatına görə, Murad Abbasov “PAŞA Bank”ın Maliyyə idarəetməsi direktoru vəzifəsinə təyin olunub.
O, 2022-ci ilin aprel ayından indiyə kimi “PAŞA Sığorta” ASC-nin Strateji idarəetmə və maliyyə departamentin direktoru olub. 2020-ci ilin aprel ayından 2022-ci ilin aprel ayına kimi isə adıçəkilən departamentin direktor müavini idi.
Murad Abbasov Azərbaycan Dövlət İqtisad Universitetini 2005–2009-cu illərdə bakalavr pilləsi üzrə, 2009–2012-ci illərdə isə Mühasibat uçotu və audit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.






