7 C
Baku
Thursday, January 16, 2025

“PAŞA Bank”dan 210 milyon manatlıq xalis mənfəət

“PAŞA Bank” ASC 2024-cü ildə 210.5 milyon manat xalis mənfəət əldə edib. Halbuki, bu, 2023-cü illə müqayisədə (199.2 milyon manat) 5.7% artım deməkdir.

Banker.az bunu bankın ilin son rübünə olan maliyyə hesabatına istinadən xəbər verir.

Bank ümumilikdə 729 mln. manat gəlir əldə edib.

2024-cü ildə “PAŞA Bank”ın faiz gəlirləri 478 milyon manat olmaqla, öncəki ili 6.6% üstələyib. 2023-cü ildə 448.4 milyon manat  faiz gəliri əldə etmişdi. Müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri 265.2 milyon manat olub (17.3% artım).

Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 126.5 milyon manat təşkil edib, ötən illə müqayisədə stabil qalıb.

Faiz xərcləri 2024-cü ildə 121.4 milyon manata olmaqla öncəki ildə qeydə alınan 61.2 milyon manatdan düz iki dəfəyə yaxın yuxarıdır. Əsas artım depozitlərlə bağlıdır. Depozitlər üzrə faiz xərcləri 105.2 milyon manat olub (121.8% artım).

2024-cü ildə qeyri-faiz gəlirləri 251.2 milyon manat (ilik: 13.5% artım), qeyri-faiz xərcləri 345.7 milyon manat (13.9% artım) olub.

“PAŞA Bank”ın əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər illik 16.5% artım  edərək 101.5 milyon manat olub.

Bankın keçən il əldə etdiyi xalis mənfəətdən sonra 484.6 milyon manat bölüşdürülməmiş mənfəəti olub.

2024-cü ildə “PAŞA Bank” aktivləri 8 milyard 220.2 milyon manat olub ki, bu, 2023-cü ilin göstəricisi olan 8 milyard 651.4 milyon manat ilə müqayisədə 431.2 milyon manat və ya 5% azalma deməkdir.

2024-cü ildə 1 milyard 421.9 milyon manat, 2023-cü ildə isə 1 milyard 910.8 milyon manat olub. Bu göstərici 25.6% azalıb.

Müştərilərə verilmiş kreditlər 2024-cü ildə 3 milyard 235.9 milyon manat olmaqla illik 17.9% artım göstərib.

Biznes kreditləri 215.7% artımla 3 milyard manat, daşınmaz əmlak kreditləri isə 35% artımla 209.8 milyon manat olub.

2024-cü ildə bankın öhdəlikləri  illik 6.4% azalaraq 7 milyard 313.3 milyon manata düşüb. Hesabat müddətində depozitlər 7.6% azlma ilə 6 milyard 410.1 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər