®Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” “Biznes fəsli” adlı yay kampaniyasına start verib.
Belə ki, “PAŞA Bank” kiçik və orta bizneslərə əhatəli bank xidmətlərinin təqdim olunmasına yönəlmiş “Sahibkar 360” layihəsi çərçivəsində ilk kampaniyanı müştərilərə təqdim edib.
31.08.2023 tarixinədək bir sıra məhsullar üzrə müştərilərə komissiya endirimləri təklif olunur. Məhsullar arasında “Visa B2B” beynəlxalq ödənişlər, valyuta mübadiləsi və rəqəmsal faktorinq yer alır.
Kampaniya çərçivəsində valyuta mübadiləsi və “Visa B2B” ilə beynəlxalq ödənişləri birgə icra etdikdə, hər biri cəmi 0.2% komissiya ilə həyata keçirilir. Faktorinq məhsulu ilə invoysların maliyyələşdirilməsi limit məbləği üzrə birdəfəlik komissiyaya 50% endirimlə, cəmi 0.25% komissiya ilə icra olunur.
Məhsullar haqqında ətraflı məlumat üçün linkə keçid edin: https://pshb.az/biznes-fesli-