13 C
Baku
Saturday, November 23, 2024

“PAŞA Bank”dan KOS müştərilərinə endirimli yay fürsəti!

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlar (KOS) üçün yeni yay kampaniyası elan edib.

“Yayın fürsəti” kampaniyası çərçivəsində müştərilər 25.08.2024-cü il tarixinədək onlayn biznes kreditini 12% deyil, 10%-dən başlayan şərtlərlə əldə edə bilərlər.

Qeyd edək ki, onlayn biznes krediti sahibkarların bizneslərinin genişləndirilməsinə və cari biznes xərclərinin qarşılanmasına imkan yaradır. 250 000 AZN-dək biznes kreditini əldə etmək üçün banka getməyə ehtiyac yoxdur. Onlayn müraciət edərək biznes kreditini girovsuz və növbə gözləmədən əldə etmək mümkündür. Kredit üzrə qərar hesab açılmadan və qəliz maliyyə hesabatları tələb olunmadan cəmi 2 iş günü ərzində bildirilir. 

Kreditə müraciət etmək üçün linkə keçid edin. 

Xatırladaq ki, “PAŞA Bank” kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri “Euromoney” tərəfindən “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları customer.care@pashabank.az ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər