3 ay müddətində təşkil olunacaq kampaniyada PAŞA Bankın Visa Gold / MC Gold, Visa Platinum / MC Platinum, Visa Infinite / MC World Elite kart sahibləri hər ay minimum 10 AZN ekvivalentində nağdsız ödəniş etməklə iştirak edə biləcəklər.
Ay ərzində ən çox ölkəxarici nağdsız əməliyyat həyata keçirən müştəriyə PAŞA Bank tərəfindən 500 AZN məbləğində “Sinteks” hədiyyə kuponu, kampaniya müddətində ən çox ölkəxarici nağdsız əməliyyat icra edən 1 müştəriyə isə 2500 AZN-lik səyahət kuponu təqdim ediləcəkdir.
Siz də kampaniyada iştirak edin və dəyərli hədiyyələrin sahibi olun!
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected]ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.