PAŞA Bank ölkədə təhsil alan tələbələrin inkişafına töhfə verməyə davam edir. Belə ki, 13.04.2020-ci il tarixində PAŞA Bankın İnsan Resursları departamentinin direktoru Pərviz Tahirov, Rəqəmsal Mühəndislik şöbəsinin rəhbəri Vüsal Xəlilov, Agile Kouç Zaur Axundov və İnformasiya Təhlükəsizliyi Xidmətləri şöbəsinin rəhbəri Orxan Sadıqov Bakı Ali Neft Akademiyasının tələbələri qarşısında informativ xarakterli sessiyalar ilə çıxış etmişdir.
İlkin olaraq Universitetdə üz-üzə təşkil olunması nəzərdə tutulan tədbir ölkədə mövcud karantin vəziyyəti ilə əlaqədar olaraq Facebook sosial şəbəkə üzərindən onlayn şəkildə keçirildi. Tələbələrə İnsan Resursları, İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və Agile iş prinsipləri mövzularında maraqlı məlumatlar təqdim edildi və sonda sual-cavab sessiyaları keçirildi.
Keçirilmiş sessiyaların video-yazısını buradan izləmək mümkündür: https://bit.ly/2wCcKqT
PAŞA Bank tərəfindən bu tip tədbirlər davamlı şəkildə müxtəlif universitetlərdə təşkil olunacaq.