14 C
Baku
Monday, May 6, 2024

“PAŞA Bank”ın aktivləri 9 aya 780 mln. manat böyüdü – tarixi rekord

Azərbaycanda aktivlərinə görə ikinci ən böyük bank olan “PAŞA Bank” ASC (haqqında) 3-cü rübü də artımla bitirməklə tarixinin ən böyük göstəricisinə nail olub.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2018-ci ilin 9 ayın yekununa dair maliyyə hesabatında deyilir.

Cəmi aktivləri 3-cü rüb ərzində 430,25 mln. manat,cari ilin əvvəli ilə müqayisədə isə 780 mln. manat böyüyərək (22% artımla) 4 mlrd. 332,01 mln. manatı ötüb. Bankın kredit portfeli böyüyərək 1 mlrd. 144,27 mln. manata çatıb.

“PAŞA Bank” cəmi öhdəlikləri də 2018-ci ilin ilk 9 ayında 790 mln. manat (25% artımla) 3 mlrd. 940,57 mln. manata çatıb. Bunun da 3 mlrd. 623,74 mln. manata qədəri depozit portfeli, 251,15 mln. manatı isə banklar və digər maliyyə qurumları qarşısında olan öhdəliyidir.

Bankın azırda cəmi kapitalı 391,45 mln. manatdır ki, bunun da 333 mln. manatı səhm kapitalı, 58,84 mln. manatı isə bölüşdürülməmiş mənfəətdir.

Gəlir və xərcləri

“PAŞA Bank” cari ilin ilk 9 ayı ərzində 124,26 mln. manat faiz gəliri əldə edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 mln. manat fərqllə daha çox olması deməkdir. Cəmi faiz xərcləri 27,2 mln. manat təşkil edib ki, bu da ötən ilkindən kəskin fərqlə az olması fonunda Bankın xalis faiz gəlirlərini 97,06 mln. manata çatdırıb. Ötən il bu rəqəm 86 mln. manat civarında idi.

Bankın qeyri-faiz gəliri 22,35 mln. manat və qeyri faiz xərcləri isə 57,31 mln. manat təşkil edib ki, bu da ilin 9 ayının sonunda 50,43 mln. manatlıq xalis mənfəətlə başa vurmasına səbəb olub.

Xatırladaq ki, Bank2007-ci ildə yaradılıb, səhmlərinin 60,00%-nə Paşa Holdinq, 30,00%-nə Ador Şirkəti və 10,00%-nə  isə fiziki şəxs olan Arif Paşayev sahiblik edir.

eqw53

Son xəbərlər
 ⁠
Digər xəbərlər