“PAŞA Bank” ASC-nin cəmi kapitalının həcmi 2017-ci ilin ilk rübü ilə müqayisədə 12,6% azalaraq 372,8 milyon manata enib.
Banker.az maliyyə portalı bu barədə, bankın 2017-ci ilin III rübünə olan hesabatına istinadən yazır.
Hesabata görə, “PAŞA Bank”ın cəmi aktivlərinin həcmi ötrən rüblərin göstəriciləri ilə müqayisdədə artaraq 3 milyard 457,2 milyon manat olub. Bankın “ticarət qiymətli kağızları” hissəsində isə bir qədər azalma olub. Belə ki, ötən rüb 26,2 mln olduğu halda bu rübdə (III rüb) azalaraq 23,9 mln. manata enib.
Müştərilərə verilmiş kreditləri 903,6 milyon manata, müştərilər qarşısındakı öhdəliyi isə (depozit) 2,8 milyard manata qədər artıb.
Mənfəət və Zərər
Cari ilin ilk rübü ilə müqayisədə 3-cü rüb bankın qeyri-faiz xərcləri yenə çoxdur. Belə ki, bank bu rübü 15,5 milyon manat, 3 rüb ərzində isə xərcləri 51,9 milyon manata çatıb. II rübü 10,4 milyon zərərlə bitirən bank III rübü 15,5 milyon mənfəətlə bitirə bilib.







