8 C
Baku
Friday, January 16, 2026

“PAŞA Bank”ın biznes kredit portfeli 3.11 mlrd. manata çatıb

“PAŞA Bank” ASC-nin kredit portfeli 2025-ci ildə əvvəlki illə müqayisədə artım nümayiş etdirib.

Banker.az xəbər verir ki, Bankın müştərilərə verdiyi cəmi kreditlər 2024-cü ildə təxminən 3.30 mlrd. manat olduğu halda, 2025-ci ildə 3.43 mlrd. manata yüksəlib. Beləliklə, kredit portfeli illik müqayisədə təxminən 129 mln. manat və ya 3.90% artıb.

Artım əsasən biznes kreditləri hesabına formalaşıb ki, bu seqment 3 mlrd. manatdan 3.11 mlrd. manata yüksəlib. Daşınmaz əmlak kreditləri də 210 mln. manatdan 242 mln. manata çataraq müsbət dinamika göstərib, istehlak kreditlərində isə məhdud azalma qeydə alınıb.

Kredit portfelinin genişlənməsi kreditlər üzrə faiz gəlirlərinin də artmasına gətirib çıxarıb. Müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirləri 2024-cü ildə təxminən 265 mln. manat olduğu halda, 2025-ci ildə 302 mln. manata yüksəlib. Nəticədə, bu göstərici illik müqayisədə təxminən 37 mln. manat və ya 13.80% artıb.

Qeyd edək ki, “PAŞA Bank” 2025-ci ildə 807.97 milyon manat həcmində ümumi gəlirə qarşı 148.9 milyon manat xalis mənfəət əldə edib.

Son xəbərlər
Digər xəbərlər