18 C
Baku
Saturday, October 12, 2024

“PAŞA Bank”ın dəstəyi ilə “Call of Data Workshop”u keçiriləcək

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” İT sahəsinin inkişafına töhfə verən tədbirlərin təşkil olunmasını davam etdirir.

Belə ki, Bankın təşəbbüsü ilə 2-3 noyabrda “Call of Data Workshop”u keçiriləcək. Bu tədbir praktiki proqram məlumatlarının təhlili, idarə olunması və tətbiqi mövzusunu əhatə edəcək. İştirakçılar həmçinin yeni texnoloji həllər və ən son meqatrendlər haqqında məlumat əldə edə biləcək.

Tədbirin spikerləri sırasında Türkiyədən olan ekspertlər Cihan Cilingir və Murat Ova, eləcə də “PAŞA Bank”ın Data şöbəsinin əməkdaşları çıxış edəcək. Spikerlər “Data Lineage”, “Data Governance” və “Data Management” mövzuları barədə fikirlərini bölüşəcəklər. Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə daxil olun.

Qeyd edək ki, “PAŞA Bank”, ölkənin İT sahəsinin inkişafını dəstəkləyən müxtəlif layihələr həyata keçirib. “Rəqəmsal Zirvələr” konfransı, “DevOpsdays” və “Tech Talks” tədbirləri, ənənəvi olaraq keçirilən “PASHA Bank Cup” müsabiqəsi bu istiqamətdə keçirilən layihələr sırasındadır.

Son xəbərlər
Digər xəbərlər