-3 C
Baku
Sunday, December 15, 2024

“PAŞA Bank”ın dəstəyi ilə keçirilən növbəti sosial layihə uğurla yekunlaşıb

™Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank”  Azərbaycan cəmiyyətinin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş layihələrin gerçəkləşdirilməsi ilə bağlı təşəbbüslərini davam etdirir.

Belə ki, “PAŞA Bank”ın maliyyə dəstəyi və “İZ Community” Qadınlar İcmasının tərəfdaşlığı ilə ADA Universiteti Fondu tərəfindən həyata keçirilən sosial layihədə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbin və 11 nömrəli inteqrasiya təlimli internat məktəbin 6-cı sinfində təhsil alan 10 qız şagird iştirak edib. Təşəbbüsün əsas məqsədi qızlara gələcəkdə uğurlu karyera qurmaq üçün lazımlı biliklərin və bacarıqlara yiyələnməyə dəstək vermək olmuşdur.

Dekabr ayında keçirilən layihə çərçivəsində məktəblilərə fərqli peşə sahələri üçün təhsilin rolu, fərdi inkişafın vacibliyi barədə məlumat verilib, ictimai xadimlərin, tanınmış ziyalılar və məşhur simaların fəaliyyəti bir nümunə olaraq ətraflı müzakirə edilib. Şagirdlər “PAŞA Bank”ı və “Xəzər Media Mərkəzi”ni ziyarət edib, öz fəaliyyətləri ilə seçilən peşəkarlar tərəfindən aparılmış maraqlı sessiyalarda iştirak ediblər.

Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində “PAŞA Bank” bu növ təşəbbüslərin həyata keçirilməsini gələcəkdə də davam etdirmək niyyətindədir.

WE2

Son xəbərlər
Digər xəbərlər