®Azərbaycanın aparıcı maliyyə institutu “PAŞA Bank” kiçik və orta sahibkarlığa dəstək məqsədilə keçirilən tədbirləri davam etdirir.
Belə ki, ötən ilin dekabrında bu tədbirlər çərçivəsində Bankın start verdiyi kampaniyanın vaxtı 15.01.2024 tarixinədək uzadılaraq kiçik və orta biznes sahiblərinə endirimli təklifdən faydalanmaq üçün əlverişli fürsət yaradılıb. Əsas məqsəd bizneslərdə bu ərəfədə sifarişlərin artması, həmçinin tədarük və təchizat prosesində yarana biləcək xərclərin operativ həllidir. Bu təşəbbüs kiçik və orta sahibkarların əlavə vəsaitlərə yaranacaq ehtiyaclarının qarşılanmasına imkan verəcək.
Kampaniya çərçivəsində qeyd edilən müddətdə onlayn biznes kreditinə müraciət edən biznes sahibləri krediti 1.5% deyil 0.9% birdəfəlik komissiya ilə əldə edə bilərlər. Onlayn kreditlər üzrə faiz dərəcəsi 12%-dən başlayaraq, 250.000 AZN-dək məbləğdə təqdim olunur. Onu da qeyd edək ki, kredit vəsaiti sahibkarlardan girov tələb olunmadan rəsmiləşdirilir.
Bu endirim yalnız kampaniya müddəti ərzində onlayn kredit müraciətini tam olaraq yekunlaşdıran sahibkarlara şamil olunacaq.
“PAŞA Bank”ın onlayn biznes kreditinə indi müraciət edin və cəmi 1 iş günü ərzində qərar haqqında bildiriş alın.