31 C
Baku
Tuesday, July 22, 2025

“PAŞA Bank”ın ilin ilk yarısında 92 milyon manat xalis mənfəət açıqladı

“PAŞA Bank” ASC 2025-ci ilin ilk yarısına 91.59 milyon manat xalis mənfəət əldə edib. Halbuki, öncəki ilin eyni dövründəki xalis mənfəət 119.06 milyon manat idi.

Banker.az bunu bankın 30 iyun 2025-ci il tarixinə olan maliyyə nəticələrinə istinadən xəbər verir.

Bankın faiz gəlirləri 257.59 milyon manat olmaqla illik müqayisədə 5 faiz artıb. Faiz gəlirlərinin 142.7 milyon manatını müştəri kreditləri formalaşdırır.

Bankın faiz xərcləri 86.75 milyon manat, qeyri-faiz gəlirləri 146.23 milyon manat, qeyri- faiz xərcləri isə 189.51 milyon manat olub ki, bu da bankın ilk yarıda 124.23 milyon manat əməliyyat mənfəəti etməsinə gətirib çıxarıb. Keçən ilin eyni dövründəki 139.17 milyon manatdan 11 faiz aşağıdır.

Bununla da bankın balansındakı bölüşdürülməmiş mənfəət 536.2 milyon manata yüksəlib.

545465465

Son xəbərlər
Digər xəbərlər