“PAŞA Bank” ASC-nin 2025-ci ildə işçilərinin sayı 1435 nəfərə yüksəlib.
Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.
“Paşa Bank”ın işçi sayı 1-ci rübün sonundakı 1424 nəfərdən 4-cü rübün sonunda 1435 nəfərə yüksəlib. İlin son rübündə birinci rüblə müqayisədə 11 nəfər və ya 0.8% artım qeydə alınıb.
Onu da bildirək ki, 2-ci rübün sonunda işçi sayı 1414 nəfər, 3-cü rübün sonunda 1420 nəfər təşkil edib.






