8 C
Baku
Friday, March 29, 2024

“Paşa Bank”ın maliyyə vəziyyəti məlum oldu

“Paşa Bank”ın 2019-cu ilin yanvar-sentyabr aylarında xalis mənfəəti 64 milyon 596 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bankın xalis məfəəti 50 milyon 429 min manat  olub. Belə ki, bankın mənfəəti 28% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinad edir.

“Paşa Bank”ın 9 ayda faiz gəlirləri 146 milyon 408 min manat, qeyri-faiz gəlirləri 51 milyon 756 min manat, faiz xərcləri  28 milyon 452 min və qeyri-faiz xərcləri 78 milyon 596 min manat olub.

2019-cu ilin yanvar-sentyabr aylarında bankın cəmi aktivləri 4 milyard 383 milyon 325 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrüylə  müqayisədə cəmi aktivləri 1,2% artması deməkdir.”Paşa Bankın”ın aktivlərin 1 milyard 681 milyon 818 min manatını müştərilərə verilən kreditlər təşkil edib.

Cari ildə Bankın cəmi öhdəlikləri 1% azalaraq 3 milyard 914 milyon 216 min manat təşkil edib. “Paşa Bank”ın depozitləri isə 3 milyard 311 milyon 614 min manat olub. 

pasa

Son xəbərlər
Digər xəbərlər