“PAŞA Bank” ASC 2019-cu il ərzində 196,22 milyon manatlıq faiz gəliri 38,79 milyon manatlıq faiz xərci, 76,58 milyon manatlıq qeyri-faiz gəliri və 124,96 milyon manatlıq qeyri-faiz xərci edib.
Banker.az bankın 31 dekabr 2019-cu il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir ki, nəticədə bank 107,07 milyon manatlıq əməliyyat mənfəəti əldə edib. Bank ötən il ərzində 24,52 milyon manatı problemli kreditlər üzrə ehtiyata ayırıb və bankın 17,49 milyon manatlıq vergi xərcindən sonra illik 65,04 milyon manatlıq xalis mənfəəti qalıb.
“PAŞA Bank”ın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə sonunda 1,5% artmaqla 4,77 milyard manat təşkil edib. Aktivlərinin 62,73 milyon manatı banklara verilmiş kreditlər, 692,37 milyon manatı digər bank və maliyyə institutlarına yatırılan depozitlər, 1,1 milyard manatı qiymətli kağızlar bazarı üzrə aktivləri və 1,8 milyard manata qədəri isə müştərilərə verdiyi kreditlər təşkil edib.
Bankın cəmi öhdəlikləri 4,29 milyard manat olmaqla onun, 3,58 milyard manatı müştərilərindən cəlb etdiyi depozitlər təşkil edib.