Vergilər Nazirliyi “Neftchala Fish Factory” MMC-ni dövlət qeydiyyatına alıb.
Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Məlumata əsasən, MMC-nin nizamnamə kapitalı 310 min manatdır.
Şirkətin qanuni təmsilçisi Sərdarlı Nəriman Həsən oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti ev 153-dür.
Qeyd edək ki, Nəriman Sərdarlı 2010-cu ildən etibarən “PAŞA Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür.
Maraqlıdır ki, “PAŞA Holdinq” MMC-nin də hüquqi ünvanı yuxarıda qeyd edilən ünvanla eynidir.
“PAŞA Holdinq” 2006-cı ildən fəaliyyətə başladıyıb.
© APA