23 C
Baku
Friday, April 19, 2024

PAŞA Bankın nümayəndələri “Ticarətin maliyyələşdirilməsi” təlimində iştirak etdilər

6 noyabr 2019-cu il tarixində PAŞA Bank və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Ticarətin Maliyyələşdirilməsi” mövzusunda seminar keçirildi.

Seminar PAŞA Bankın nümayəndə heyəti tərəfindən həyata keçirilmişdir. Tədbirdə Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat verildi.

Digər müzakirə olunan mövzular arasında ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invosyların və alış sifarişinin maliyyələşməsi məhsulu, ekspress faktorinq məhsulu, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və s. oldu.

PAŞA Bank tərəfindən seminarda spiker qismində Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə çıxış etdilər.

Son xəbərlər
Digər xəbərlər