9 C
Baku
Friday, December 27, 2024

“PAŞA Bank”ın qiymətli kağızlardan faiz gəliri 83% artıb

“PAŞA Bank” ASC 2023-cü ildə ticarət və investisiya qiymətli kağızları üzrə portfelini illik müqayisədə 267.6 milyon manat və ya 15 faiz artırıb.

Banker.az bunu bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, 1 yanvar 2024-cü il tarixinə bankın bu portfelinin həcmi 2 milyard 13.14 milyon manat təşkil edib.

Bu da bankın ümumi aktivlərində investisiya qiymətli kağızlara 23% payı olması deməkdir.

Öncəki ildə qiymətli kağızlar portfeli 1 mlrd. 745.5 mln. manat idi. Bu da cəmi aktivlərin 20% idi.

“PAŞA Bank” 2023-cü ildə qiymətli kağızlar üzrə investisiyasından 124.61 mln. manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 83% artımdır.

2023-cü ilin ilk yarısında olan audit hesabatına əsasən bankın qiymətli kağızlar portfelinin böyük hissəsi ipoteka istiqrazları, Azərbaycan Mərkəzi Bankının notları və dövlət istiqrazlarıdır.

Son xəbərlər
Digər xəbərlər