12 C
Baku
Wednesday, December 11, 2024

PAŞA Bankın rəqəmsal xidmətlərindən istifadə edərək, biznesinizi məsafədən inkişaf etdirin®

COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər çərçivəsində yerli iş adamlarının üzləşdikləri çətinliklərin qarşısını almaq məqsədilə, Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərinə geniş çeşidli bank məhsullarını və xidmətlərini Onlayn Bank platforması üzərindən təqdim edir.

Belə ki, müştərilərin bizneslərinin stabil inkişafı üçün PAŞA Bank onlara aşağıdakı əməliyyatları onlayn rejimdə aparmaq imkanını təklif edir:

– Banka gəlmədən hesab açmaq və ödəniş etmək

– Kreditlərin onlayn ödənilməsi

– Əməkhaqqı kartlarının platforma üzərindən sifarişi və ünvana çatdırılması

– POS Terminal və Smart Kassanın onlayn sifarişi və ünvana çatdırılması

Bütün çatdırılmalar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ qərargahın qərarlarına uyğun həyata keçirilir.

Qeyd edək ki, https://www.pashabank.digital saytına daxil olaraq qeydiyyatdan keçib, sadalanan məhsul və xidmətlərdən onlayn rejimdə istifadə etmək mümkündür

Son xəbərlər
Digər xəbərlər