Banker.azın verdiyi məlumata görə, Fitch Ratings Paşa Bankın reytinqinə yenidən baxıb.
Rating agentliyinin qərarına əsasən Paşa Bankın uzun müddətli reytinqini(Long-Term IDR) B+ endirib.
Fitchin bildirdiyinə görə, Bankın Azərbaycan üçün sistem əhəmiyyətli olmasına baxmayaraq (bank sisteminin 15% depoziti məhz bu holdingə daxil banklarda saxlanılır) , bank sistemində baş verən son proseslər ölkənin sistem əhəmiyyətli banklara dəstək vermək iqtidarını sual qaltına qoyur.