“Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti üzvü seçilib.
Bununla bağlı qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclasında verilib.
Bundan əlavə, ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Bank Tədris Mərkəzinin direktoru vəzifəsinin icraçısı təyin edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.