23 C
Baku
Tuesday, April 23, 2024

“PAŞA Bank”ın təşkilatçılığı ilə növbəti “FinTech founders bootcamp”ı baş tutub

“PAŞA Bank” ölkədə İT sahəsinin inkişafına töhfə verməyə davam edir. Belə ki, Bank tərəfindən 19-20 iyul tarixlərində sayca ikinci “FinTech founders bootcamp”ı təşkil olunub.

İT sahəsinin peşəkarlarını bir araya gətirən bu tədbir interaktiv ab-havada keçib. Həm yerli, həm də beynəlxalq dərəcəli spikerlər maliyyə və texnologiyalar aləmində gündəmdə olan mövzulara dair maraqlı məqamlara toxunub və öz təcrübələrini paylaşıblar.

Tədbirdə salamlama nitqi ilə çıxış edən “PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov bu növ tədbirlərin əhəmiyyətindən danışarkən vurğulayıb: “PAŞA Bank” “Fintech founders bootcamp”ı, “Rəqəmsal zirvələr” konfransı, “DevOps days” və s. kimi tədbirləri keçirməklə, ölkədə rəqəmsal transformasiyanın daha sürətlə baş verməsinə və rəqəmsal sahələrdə çalışan kadrların inkişafına dəstək olur”.

Xatırladaq ki, “PAŞA Bank” və “SUP.VC” akselerasiya mərkəzi tərəfindən təşkil edilən bu tədbirdə “NFT” və onun maliyyə sənayesində tətbiqi, açıq bankçılıq yanaşması və onun inkişafı, kriptovalyutaların maliyyə inklüzivliyi, “fintech” sahəsinin tənzimləyici normaları və qanunvericiliyi kimi mövzular müzakirə olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər