17 C
Baku
Tuesday, October 15, 2024

“PAŞA Bank”ın təşkilatçılığı ilə növbəti “FinTech founders bootcamp”ı keçiriləcək

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” tərəfindən növbəti “FinTech founders bootcamp”ı keçiriləcək.

19-20 iyul tarixlərini əhatə edəcək praktiki proqramda maliyyə və texnologiyalar aləminin ən son yenilikləri, bu sahələrdə mövcud trendlər və gələcək imkanlar müzakirə olunacaq. Həmçinin ‘bootcamp”da “FinTech” sahəsinin tənzimləyici normaları və qanunvericiliyi kimi mühüm məqamlara dair məlumatlar da paylaşılacaq.

Tədbirin spikerləri sırasında “Findexable” şirkətinin təsisçisi və direktoru Simon Hardi, Dünya Bankının baş maliyyə və özəl sektor məsləhətçisi Ramil Məhərrəmov, Milli ödəniş sistemlərinin inkişafi və nəzarəti şöbəsinin baş mütəxəssisi Xəyaləddin Tağıyev yer alıb. Onlar,  “NFT” və tətbiqi nümunələri, açıq bankçılıq yanaşması və onun inkişafı, eləcə də “Neobank”: trendlər,gələcək imkanlar və növbəti texnologiyalar, kriptovalyutaların maliyyə inklüzivliyi, bu sahənin tənzimləmə çətinlikləri mövzularını əhatə edəcəklər.

Beləliklə də, “PAŞA Bank” və “SUP.VC” akselerasiya mərkəzinin təşkilatçılığı ilə baş tutacaq “bootcamp”a qatılan iştirakçılar maliyyə və texnologiyalar aləminin ən yaxşı təcrübələri ilə tanış ola, çalışdıqları şirkətə dəyər gətirməkdə kömək edəcək yeni bacarıqlar qazana biləcək.

“FinTech founders bootcamp”ı ilə bağlı ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün bu səhifəyə fin.tech.az daxil olun.

Qeyd edək ki, “PAŞA Bank”, İT sahəsində təhsil alan və çalışan mütəxəssisləri bir araya gətirən müxtəlif tədbirlər və layihələr vasitəsilə həm 15 illik fəaliyyəti boyunca qazandığı zəngin təcrübəsini, həm də gündəmi zəbt edən ən son meqatrendlərə dair məlumatı paylaşır.

Son xəbərlər
Digər xəbərlər