11 C
Baku
Monday, November 25, 2024

“PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” baş tutub

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın tərəfdaşlığı ilə “ADA Məzun Forumu 2022” tədbiri keçirilib. 18-19 iyun tarixlərində baş tutan bu tədbir “Qarabağ gələcəkdə” mövzusuna həsr olunub. Beləliklə də, tədbirdə Qarabağın gələcək inkişaf imkanları və ehtiyatlarının artırılması istiqamətləri əhatə edilib.

“Bizi ADA Universiteti ilə həmrəy edən ideya gənclərə öz potensiallarını reallaşdırmağa kömək etmək və onların peşəkar inkişafını dəstəkləməkdir. Önümüzdəki çağırışların öhdəsindən gələcək və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcək liderlərin yetişdirilməsi bizim üçün çox önəmlidir” , – deyə “PAŞA Bank”ın İnsan Resursları departamentinin direktoru Zibeydə Hacıyeva tədbirdə çıxışı zamanı bildirib.

pashabank ada mezun forumu jun 2022 02

Qeyd edək ki, ADA Universitetinin məzunlarını bir araya toplayan bu forumun əsas məqsədi davamlı maarifləndirmə və fikir mübadiləsinin aparılması, eləcə də uzunmüddətli dostluq əlaqələrinin qurulması üçün effektiv platforma yaratmaqdır.

Forumun ikinci günündə Ağdama səfər təşkil olunub. İştirakçılara burada aparılan yenidənqurma və bərpa işləri, eləcə də regionun gələcək inkişaf planları ilə tanış olmaq imkanı yaradılıb.

Fəaliyyətinin 15-ci ilini qeyd edən “PAŞA Bank”, cəmiyyətin tərəqqəsinə yönəlmiş tədbirləri dəstəkləməyə davam edəcək.

pashabank ada mezun forumu jun 2022 03

Son xəbərlər
Digər xəbərlər