10 C
Baku
Friday, December 27, 2024

“PAŞA Bank”ın təşkil etdiyi “Növbəti 100 il” rəqəmsal incəsənət müsabiqəsində iştirak üçün son 10 gün

®Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təşkil etdiyi “Növbəti 100 il” rəqəmsal incəsənət müsabiqəsi davam edir.

Belə ki, 10 iyun tarixinədək davam edən müsabiqədə “PAŞA Bank” iştirakçılardan təxəyyüllərinə sərhəd qoymadan ulu öndərin banisi olduğu müasir Azərbaycanın növbəti 100 ilini təsvir etməyə çağırır.

Tələblərə uyğun gələn əsərlər Azərbaycanın rəqəmsal incəsənət və marketinq sahəsinin aparıcı simalarının təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. İlk 3 yerin qalibləri müvafiq olaraq 5000 AZN, 3000 AZN, 1000 AZN dəyərində mükafat ilə təltif olunacaqlar.

Müsabiqə haqqında ətraflı məlumatı https://contest.pashabank.az veb-saytından əldə etmək mümkündür.

“PAŞA Bank”, fəaliyyəti boyunca ölkəmizin milli və mədəni irsinin qorunmasını, gələcək nəsillərə ötürülməsini və beynəlxalq müstəvidə tanıdılmasını diqqət mərkəzində saxlayıb. Müasir Azərbaycanın qurucusu və ümummilli lideri Heydər Əliyevin irsinin tərənnümünə öz töhfəsini verməyi hədəfləyən “PAŞA Bank”, hər kəsi müsabiqəyə qatılmağa və öz yaradıcı potensialını sərgiləməyə səsləyir!

Son xəbərlər
Digər xəbərlər