12 C
Baku
Monday, November 18, 2024

“PAŞA Bank”ın törəmə bankının rəhbərliyində dəyişiklik olub

“PAŞA Bank” ASC-nin Gürcüstanda törəməsi olan “Paşa Bank Gürcüstan”nın rəhbərliyində yeni təyinatlar olub.

“Paşa Bank Gürcüstan”dan verilən məlumata görə, Corc Qalonti (George Glonti) və Ebru Ogan Knottnerus bankın Müşahidə Şurasının müstəqil üzvləri təyin edilib.

Ebru Ogan Knottnerus bankın audit komitəsinin müstəqil üzvü, Corc Qalonti isə audit komitəsinin sədri vəzifəsinə təyinat alıb. Bu ilin yanvarın 1-dən etibarən hər iki şəxs yeni vəzifəsinin icrasına başlayıb. Bunu Report agentliyi bildirib.

Qeyd edək ki, hazırda “Paşa Bank Gürcüstan”ın Müşahidə Şurasının 5 üzvü var. Belə ki, Fərid Məmmədov bankın Müşahidə Şurasının sədri, Cəlal Qasımov, Şahin Məmmədov üzvləri, Corc Qalonti və Ebru Ogan Knottnerus isə müstəqil üzvləridir.

Qeyd edək ki, “Paşa Bank Gürcüstan”a lisenziya 2013-cü il yanvarın 17-də Gürcüstan Milli Bankı tərəfindən verilib.

Son xəbərlər
Digər xəbərlər