22 C
Baku
Friday, April 26, 2024

“PAŞA Bank”ın törəmə şirkətlərinin maliyyə durumu bəlli oldu

“PAŞA Bank” 30 iyun 2020-ci il tarixinə konsolidə edilmiş müstəqil auditorlarının hesabatını açıqlayıb. Bu hesabat PAŞA Bank və onun törəmə şirkətləri (qrupları) əhatə edir.

Banker.az xəbər verir ki, “PAŞA Bank” və onun törəmə şirkətlərinin 2020-ci ilin 1-ci yarısında xalis mənfəəti 22 milyon 290 min manat təşkil edib. Ötən ilin eyni dövrünü isə 35 milyon 696 min manat xalis mənfəətlə başa vurublar. Belə ki, illik müqayisədə bankın və onun törəmə şirkətlərin xalis mənfəəti 38% azalıb.

FAİZ GƏLİRLƏRİ AZALIB, QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB

Cari ilin birinci yarımilliyində “PAŞA Bank” və onun törəmə şirkətlərinin faiz gəlirləri 129 milyon 536 min manat (illik müqayisədə 2% az), qeyri-faiz gəlirləri 30 milyon 706 min manat (44% çox), faiz xərcləri 32 milyon 131 min manat (18% çox), qeyri-faiz xərcləri 72 milyon 850 min manat (18% çox) olub.

AKTİVLƏRİ ARTARAQ 5.5 MİLYARD SƏVİYYƏSİNƏ YAXINLAŞIB

30 iyun 2020-ci il tarixinə “PAŞA Bank” və onun törəmə şirkətlərinin cəmi aktivləri 5 453.58 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrüylə müqayisədə aktivlərin 0.2% artması deməkdir. Ötən ilin analoji dövründə isə bankın 5 440.44 mln. manat aktivləri olub.

KREDİTLƏR VƏ DEPOZİTLƏR ARTIB

Aktivlərin 2 402.30 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, bankın kredit portfeli 5% böyüyüb.

Bu ilin 1-ci yarısında bankın cəmi öhdəlikləri 1% artaraq 4 924.83 mln. manat, o cümlədən depozit portfeli 0.2% artaraq 3 795.36 mln. manat olub. 30 iyun 2019-cu il tarixinə isə bankın cəmi öhdəlikləri 4 880.38 mln. manat, depozit portfeli isə 3 788.94 mln. manat olub.

ak

gl

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər