25 C
Baku
Friday, June 14, 2024

“PAŞA Bank”ın Türkiyədəki törəməsinin istiqrazları üzrə kupon ödənişi edilib

22 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən “Paşa Yatırım Bankası” Anonim Şirkəti-nin istiqrazları üzrə 303 125 ABŞ dolları həcmində kupon ödənişləri həyata keçirilib.

Banker.az bu barədə Milli Depozit Mərkəzinə istinadən xəbər verir.

Xatırladaq ki, “PAŞA Yatırım Bankası” 2015-ci ildə “PAŞA Bank”ın Türkiyənin “Aksoy Holdinq”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Onun nizamnamə kapitalı 500 milyon lirədir (təxminən 58 milyon manat). Bankın səhmlərinin 50,96%-i “PAŞA Bank”a, 49%-i Bankın daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 0,04%-i isə “Aksoy Holdinq”ə məxsusdur.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər