15 C
Baku
Saturday, April 27, 2024

“PAŞA Bank”ın Türkiyədəki törəməsi Azərbaycan bazarında daha 25 mln. dollarlıq istiqraz yerləşdirib

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” Azərbaycan bazarında daha 25 mln. dollarlıq istiqraz yerləşdirib.

Bu barədə “Report” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasına (Kamuyu Aydınlatma Platformu – KAP) istinadən xəbər verir.

Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqraz emissiyasını ötən ayın sonunda dövlət qeydiyyatına alıb. Bu gün yerləşdirilən qiymətli kağızlar 2021-ci il sentyabrın 14-nə qədər (3 il 3 ay) tədavüldə olacaq. Faizlər aylıq ödəniləcək. Bununla belə, kupon faizinin nə qədər olduğu açıqlanmayıb.

Xatırladaq ki, “PAŞA Yatırım Banka”sı ötən ilin sentyabr ayında da Azərbaycan bazarında 25 mln. dollarlıq istiqraz yerləşdirmişdi. 5 il 3 ay müddətinə tədavülə buraxılmış qiymətli kağızların kupon faizi 4,85%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər