“PAŞA Bank” ASC 2019-cu ilin ilk rübündə 35,68 mln. manatlıq xalis mənfəət edib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 5,46 dəfə daha çox olması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə kommersiya bankının 2019-cu ilin yanvar-mart aylarının yekunlarına dair maliyyə hesabatında qeyd edilir.
“PAŞA Bank”ın cəmi gəlirləri ötən illə müqayisədə bu il 30,4 faiz artaraq 52,56 mln. manat təşkil edib. İlk rüb üçün bu göstərici isə bank tarixinin ən yüksək rəqəmidir. Bununla yanaşı cəmi xərcləri bu il 18 faiz daha çox olmaqla 10,09 mln. manat olub.
Bank ötən illə müqayisədə qeyri-faiz xərclərini optimallaşdıra bilib. Belə ki, bankın qeyri-faiz xərcləri 15,83 mln. manat təşkil edib, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu il 6% azdır.
Qeyri-faiz xərclərinin 9,37 mln. manatı işçilər üçün çəkilən xərclər, 4,27 mln manatı inzibati xərclər və 2,19 mln manatı isə amortizasiya xərcləri olub.
Bu xalis mənfəətdən sonra “PAŞA Bank”ın hazırda balansında 121,15 mln. manatlıq bölüşdürülməmiş mənfəət var.