Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, plastik kart sahiblərinə təqdim olunan imkanları genişləndirməyə davam edir.
Belə ki, “PAŞA Bank” tərəfindən buraxılan yeni növ əməkhaqqı kartlarının bütün sahibləri üçün mövcud olan geniş bonuslar və üstünlüklərə yeni imtiyazlar əlavə olundu. Artıq Bankın əməkhaqqı kartları vasitəsi ilə həyata keçirilən ödənişlər öz sahiblərinə 1% keşbek qazandırır. Əlavə olaraq, yeni əməkhaqqı kartlarında nağd pulun mədaxil komissiyası ləğv olunub.
Hüquqi şəxslər “PAŞA Bank”dan əməkhaqqı kartı sifariş etdikdə və ya mövcud əməkhaqqı kartlarını yenilədikdə yeni keşbek kartını əldə edəcəklər. Fiziki şəxslər isə mövcud əməkhaqqı kartlarını keşbek kartı ilə əvəzləmək üçün mobil tətbiq vasitəsilə əməkhaqqı kartının əvəzlənməsi sifarişini verə bilərlər.
Digər növ kartların verilməsi artıq dayandırılır.
Qeyd edək ki, “PAŞA Bank”ın yeni əməkhaqqı kartları vasitəsilə qazanan keşbek məbləği həm mobil tətbiq, həm pulsuz SMS xidməti vasitəsilə izləmək mümkündür.
“PAŞA Bank”ın əməkhaqqı layihəsi haqqında məlumat: https://www.pashabank.az/plastic_cards,777/lang,az/
PAŞA Bankın endirim platforması haqqında məlumat: https://www.pashabank.az/discount_platform/lang,az/
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.