“PAŞA Biznes” mobil tətbiqi artıq iOS əməliyyat sistemində!

®Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”, sahibkarlara vaxta qənaət edərək bütün diqqəti bizneslərinin inkişafına yönəltməyə yardım edir.

Bu növ təşəbbüslərdən biri də bir müddət öncə Bank tərəfindən hüquqi şəxs və fərdi sahibkarlar üçün “PAŞA Biznes” mobil tətbiqinin istifadəyə verilməsi olub. Hazırda tətbiq daha da təkmilləşdirilib. Belə ki, artıq iOS istifadəçiləri də bu tətbiqdən yararlana, Bankın “Onlayn Bank” platformasında həyata keçirdikləri gündəlik əməliyyatları mobil cihazları vasitəsi ilə yerinə yetirə biləcək.

Beləliklə, “PAŞA Biznes” mobil tətbiqi sayəsində müştərilər, həm işlərindən anında xəbərdar olmaq, həm də zamandan və məkandan asılı olmayaraq bank əməliyyatlarını həyata keçirmək imkanı qazanıb. Bu tətbiq sayəsində yığılan hesabatlara nəzarət etmək, balansı yoxlamaq, ödəniş yaradıb onu təcili imzalamaq artıq asan bir prosesə çevrilib.

“PAŞA Biznes” mobil tətbiqində hazırda mövcud olan funksionallıqlar aşağıdakılardır:

– Cari və kart hesablarının siyahısı
– Hesablara detallı baxış
– Hesab qalıqlarının izlənməsi
– Son əməliyyatların izlənməsi
– Ödənişlərin imzalanması
– Ölkədaxili ödənişlərin yaradılması
– Vergi və büdcə ödənişlərinin yaradılması
– Şablon üzərindən ödənişlərin yaradılması

Android cihazlarına tətbiqi yükləmək üçün keçid:

https://play.google.com/store/apps/details?id=az.pashabank.sme

iOS cihazlarına tətbiqi yükləmək üçün keçid:

https://apps.apple.com/az/app/pasha-business/id1552704118

Ətraflı məlumat üçün “PAŞA Bank”ın Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz: *8123 və (+99412) 4965004


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.