“PAŞA Həyat” cari il üzrə I rübün maliyyə nəticələrini açıqladı

Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat Sığorta” ASC 2021-ci ilin 1-ci rübü üzrə maliyyə hesabatını ictimaiyyətə açıqlayıb.

PAŞA Həyat inkişaf meyllərini davam etdirərək sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. Uzunmüddətli pandemiya dövrünə baxmayaraq, şirkət maliyyə sektorunda inamla fəaliyyət göstərir və standartlarını qoruyub saxlayır.

Belə ki,  rüb sonuna şirkətin ümumi aktivlərinin həcmi 405 mln. AZN təşkil edir. 

Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə yığılmış sığorta haqları (50 mln. AZN) cüzi dəyişikliklə eyni olaraq qalır, sığorta ödənişləri isə 2 dəfədən çox artaraq 72 mln. AZN təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə ötən ilin müvafiq dövrü ilə müqayisədə cəmi 0.6 mln azalaraq 6.2 mln. AZN-ə bərabər olub. Nəticə etibarilə PAŞA Həyat-ın xalis mənfəəti keçən ilin həmin dövrü ilə müqayisədə cəmi 27% azalaraq 4.5 mln. AZN təşkil edib.

Diqqətinizə çatdıraq ki, 2021-2023 illər PAŞA Həyat-da yeni strateji dövrü əhatə edir və artıq cari ilin əvvəlindən şirkət 3 əsas istiqamətdə fəaliyyətini davam edir: 

  1. Rəqəmsal transformasiya əsasında müştərilərə ən yaxşı xidməti təqdim etmək; 
  2. Digər həyat sığortası məhsullarını yaratmaq və təkmilləşdirmək; 
  3. Agile idarəetmə prinsipinin tətbiq edilməsi. 

 

Mövcud dövrdə seçim, əlbəttə ki, etibarlı və dayanıqlı həyat sığorta şirkətinin xeyrinə olmalıdır. İstənilən durumda siz risklərdən sığortalanmalı, bununla yanaşı vəsaitinizin əminliklə qorunmasından və sizə gəlir gətirməsindən əmin olmalısınız. Bunun bir neçə üsulu var. Ən doğrusu – “PAŞA Həyat”ı seçməkdir.   

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.