8 C
Baku
Sunday, December 22, 2024

“PAŞA Həyat” yığımlarını 31% artırıb

2022-ci ilin avqust ayında “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 278 milyon 987 min manat, sığorta ödənişləri isə 142 miyon 374 min manat təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2021-ci ilin avqust ayında “PAŞA Həyat Sığorta” ASC-nin sığorta yığımları 212 milyon 689 min manat, sığorta ödənişləri isə 169 milyon 286 min manat təşkil etmişdir. Beləliklə, illik müqayisədə şirkətin yığımları 31% artıb, ödənişləri isə 16% azalıb.

Onu da qeyd edək ki, “PAŞA Həyat Sığorta”nın 2021-ci ildə mənfəəti 19% və ya 4 milyon 60 min manat azalaraq 17 milyon 714 min manat olmuşdur. Həmçinin sığorta şirkətinin ötən il gəlirləri 20 milyon 256 min manat azalaraq 291 milyon 779 min manata düşmüşdür. Eyni zamanda, Şirkət ötən il sığorta ehtiyatının yaradılmasına gəlirlərindən 43 milyon 500 min manat ayırmışdır. (əvvəlki ilə nisbətən 0.3% az).

Xatırladaq ki, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər