11 C
Baku
Şənbə, Noyabr 27, 2021

“PAŞA Həyat” kredit götürən şəxslərin həyat sığortası üzrə ödənişlərin sayını və məbləğini açıqlayıb

“PAŞA Həyat Sığorta” şirkəti bu ilin aprel ayında “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə verilən sığorta ödənişlərinin məbləğini və sığorta hadisələrinin sayını açıqlayıb.

Şirkətdən Banker.az saytına daxil olan məlumata əsasən, aprel ayı ərzində “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə 94 sığorta hadisəsi (ölüm və xəsarət halları) baş verib.

Bu sığorta hadisələri üzrə “PAŞA Həyat” şirkəti tərəfindən ümumilikdə 164,143 min manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, ay ərzində sözügedən növ üzrə ən iri ödəniş 9,299 manat (ölüm haidsəsinə görə) olub.

Son xəbərlər
Oxşar xəbərlər
X