28 C
Baku
Tuesday, July 23, 2024

“PAŞA Həyat” və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Əməkdaşlıq memorandumu imzalanıb

®Ölkənin lider həyat sığortası şirkəti olan “PAŞA Həyat” Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə əməkdaşlıq çərçivəsində gənclərin peşəkar inkişafına yönəldilmiş tədbirlərin təşkilinə dair memorandum imzalayıb.

2 noyabr 2021-ci il tarixində imzalanmış memorandum təhsil sahəsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, təhsil keyfiyyətinin və tələbələrin peşə fəaliyyətinin yaxşılaşdırılması, bu məqsədlə sıx inteqrasiyanın təmin edilməsi üzrə səylərin birləşdirilməsi məqsədini daşıyır.

WhatsApp Image 2021 11 03 at 12.02.18

Bundan əlavə, şirkət tərəfindən müəyyənləşdirilmiş xidmət kateqoriyaları üzrə bilik və bacarığa malik olan və müvafiq tələbləri qarşılayan tələbələrin sertifikasiyalarına dəstək verilməsi planlaşdırılır. Müxtəlif istiqamətlərdə bilik mübadiləsi sessiyalarının keçirilməsi, könüllü təcrübə proqramlarının təşkil edilməsi və tələbələrin peşə təcrübəsinin artırılması, habelə şirkət əməkdaşlarının Universitetdə təşkil edilən tədbirlərə qonaq çıxışçı qismində dəvət edilməsi  də faydalı əməkdaşlığa töhfə verəcək.

WhatsApp Image 2021 11 03 at 12.02.17 1

Əməkdaşlıq sazişini Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və “PAŞA Həyat Sığorta” ASC-in İdarə Heyətinin sədri  Niyaz İsmayılov imzalayıblar. Bu Memorandum müddətsiz olaraq bağlanılıb. Bütün bunlar “PAŞA Həyat”ın işəgötürən brendinin gücləndirilməsi istiqamətində atılan addımlardır. 

WhatsApp Image 2021 11 03 at 12.02.16

“Bazarın lideri olan PAŞA Həyat şirkəti ilə əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyuruq və sıx əməkdaşlığa daim açığıq. Qeyd etmək istəyirəm ki, hazırda biz “startup”lar və süni intellekt layihələri üzərində çalışırıq. Tələbələrimizin inkişafına xüsusi diqqət yetirdiyimiz üçün şirkət işçilərinin tədris fəaliyyətinə cəlb edilməsi, peşəkar təcrübə paylaşımı bizim üçün çox dəyərli və vacibdir.” – rektor Mustafa Babanlı bildirib.

WhatsApp Image 2021 11 03 at 12.02.15

“PAŞA Holding-in və müvafiq olaraq PAŞA Həyat şirkətinin iş fəlsəfəsi dövlətə və cəmiyyətə fayda verməkdən ibarətdir. Tədris fəaliyyəti üçün praktiki biliklər, hazır biznes-keyslər  və digər təcrübə paylaşımı ilə, həmçinin icra olunan “startup” və süni intellekt layihələrinə tam dəstək göstərə bilərik. Şirkətimizin peşəkarları tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bilik paylaşımı bizim üçün qürurverici bir hal olacaq.” – deyə Niyaz İsmayılov vurğulayıb.

WhatsApp Image 2021 11 03 at 12.02.17

Lider sığorta şirkəti – “PAŞA Həyat Sığorta” ASC 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.

Son xəbərlər
Digər xəbərlər