“PAŞA Həyat” əməkdaşları Uşaq Evini ziyarət etdilər

®23 may tarixində “PAŞA Həyat” əməkdaşları korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində Lənkəran 5 saylı Osman Mirzəyev adına Uşaq Evini ziyarət etdilər.

Təşəbbüsün əsas məqsədi uşaqların arzularını gerçəkləşdirmək, onların sevincinə səbəb olmaq və birlikdə unudulmaz vaxt keçirtmək olub. Bildirilib ki, ziyarət öncəsi uşaq evində yaşayan 42 uşaq öz istəklərini məktublar vasitəsilə “PAŞA Həyat” əməkdaşları ilə paylaşıb. Əməkdaşlar həmin məktubları diqqətlə oxuyaraq uşaqların arzuladığı hədiyyələri təqdim ediblər.

Tədbirdə “PAŞA Həyat” komandasından 20 əməkdaş iştirak edərək gün ərzində animatorların iştirakı ilə müxtəlif əyləncəli proqramda uşaqlarla  birlikdə oyunlar oynayıblar.

“Bu görüş bir daha göstərib ki, kiçik bir diqqət və qayğı belə uşaqların yaddaşında böyük sevincə çevrilə bilir.

“PAŞA Həyat” olaraq inanırıq ki, cəmiyyətə dəyər qatmağın ən gözəl yolu paylaşmaq, qayğı göstərməkdir”, – deyə məlumatda bildirilir.

1 7 scaled 2 5 scaled 3 3 scaled 4 7 scaled 5 3 scaled 6 2 scaled 7 scaled 9 2 scaled 10 1 scaled 11 3 scaled

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər